Vəkil Allaha qarşı məhkəmə iddiası qaldırdı
Bizi izləyin

Dünya

Vəkil Allaha qarşı məhkəmə iddiası qaldırdı

Hindistanda Kumar Sing adlı vəkil hind Allahı Rama qarşı məhkəmə iddiası qaldırıb.

Publika.az xəbər verir ki, BBC-yə danışan vəkil Ramın arvadı Sitaya qarşı ədalətli davranmadığı üçün belə bir addım atdığını söyləyıb.

Amma məhkəmə Singin iddiasını rədd edib.

Vəkilin həmkarları isə bildiriblər ki, o, özünü reklam edir. Singin hindliləri aşağıladığını bildirən vəkil həmkarlar onun Ram Allahına böhtan atdığını iddia edərək məhkəməyə şikayət ediblər.

Ram Allahına Hindistan və digər ölkələrdə milyonlarla insan ibadət edir. Sing iddiasının haqlı olduğuna inanır və bunu sübut etmək üçün dini yazıları nümunə göstərir.

“Yenidən iddia qaldıracağam. Çünki hindlilərin Ramın Sitaya qarşı pis davrandığını bilməsini istəyirəm. Sitaya hörmətsizliyin edildiyi gerçəyini gözardı edə bilmərəm”, - vəkil deyib.

Sing qadınlar üçün ədalət axtardığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm