Nazarbayev Türkiyə üçün zəng vurdu, Putin imtina etdi...
Bizi izləyin

Dünya

Nazarbayev Türkiyə üçün zəng vurdu, Putin imtina etdi...

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, N.Nazarbayev ilə V.Putin arasında telefon danışıqları zamanı əsas müzakirə mövzusu Rusiya ilə Türkiyə arasında yaranmış böhranın həlli yolları ilə bağlı olub.

Lakin telefon danışıqları müsbət nəticə verməyib. V.Putin N.Nazarbayevə bildirib ki, bu böhranı yaradan Rusiya deyil, Türkiyə olub: “Aramızdaka bu problemi və böhranı biz yaratmadıq, bunun qaynağı biz deyilik. Bu səbəbdən də ilk addım atacaq tərəf Türkiyədir”.

Qeyd edək ki, Kreml hökuməti hələ ki, Nazarbayev ilə Putin arasında baş tutan bu telefon danışıqları zamanı Rusiya-Türkiyə məsələsinin gündəmə gətirilməsini təsdiq etməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm