Yasamaldakı intiharla bağlı cinayət işi açıldı
Bizi izləyin

Hadisə

Yasamaldakı intiharla bağlı cinayət işi açıldı

Nigar Vahabovanın intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a bildirib ki, iş üzrə məhkəmə tibb ekspertizası təyin olunub.

İntiharın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar hadisəsi dünən səhər baş verib. Yasamal rayon sakini Nigar Vahabova yaşadığı mənzildə özünü asaraq intihar edib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm