Xatun: “Paltarlarını geyinib parodiya edəcəm” - QALMAQAL
Bizi izləyin

Magazin1

Xatun: “Paltarlarını geyinib parodiya edəcəm” - QALMAQAL

Müğənni Xatunun parodiya həvəsi onu daha bir həmkarı ilə qarşı-qarşıya qoyub. Bu dəfə o, əməkdar artist Elza Seyidcahanla burun-buruna gəlib.

Publika.az xəbər verir ki, bu haqda Xatun Xəzər telekanalına açıqlamasında deyib:

“Elza xanımı parodiya etməmişəm. Amma o, efirə çıxıb mənə hədə-qorxu gəldi. Sadəcə ona görə ki, onu da parodiya etmək istədiyimi demişdim. Həmin çıxışından sonra zəng edib onunla danışdım. İstəmir onu parodiya edim. Buna baxmayaraq, onu parodiya edəcəm. Özü də, paltarlarını geyinib parodiya edəcəm”.

Parodiyanı qəbul edə bilməyən həmkarlarına isə Alla Puqaçovanı nümunə göstərib:

“O boyda Alla Puqaçovanı parodiya edirlər. Amma o, özünü Əli meydanına atmır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm