Almaniyada qatarlar toqquşdu: 8 ölü, 150 yaralı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Almaniyada qatarlar toqquşdu: 8 ölü, 150 yaralı – SON DƏQİQƏ

Almaniyanın Bavariya regionunun Bad-Ayblinq şəhərində iki qatar toqquşub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində səkkiz nəfər həyatını itirib.

Almaniya federal polisi daha 150 nəfərin yaralandığını bildirib. Yaralılardan 10-u kritik vəziyyətdədir.

Hadisə yerinə təxminən 100 nəfərlik xilasedici və həkim heyəti cəlb edilib. Qəza səbəbləri hələlik məlum deyil.

Qatarlardan biri relsdən çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm