Əsəddən PKK-ya 4 təyyarə silah hədiyyəsi
Bizi izləyin

Dünya

Əsəddən PKK-ya 4 təyyarə silah hədiyyəsi

Bəşər Əsədin nəzarətində olan Suriya ordusu Qamışlıdakı “PKK-nın Suriya Qolu”na (PYD) 4 təyyarə dolu silah və sursat yardımı göndərib.

Publika.az xəbər verir ki, bu barədə İranın “Fars” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Suriya ordusu 4 təyyarəyə yüklənmiş silah-sursatı fevralın 7-də axşam saatlarında Haseke əyalətinin Qamışlı hava limanı vasitəsilə PYD-yə çatdırıb. Bəşər Əsəd tərəfindən silah-sursat yardımının edilməsində əsas məqsəd kimi PYD-nin strateji mərkəzi sayılan El-Şadadi qəsəbəsinin İŞİD-dən geri alınması göstərilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm