Hadisə
"Çay evi" adı ilə fəaliyyət göstərən qumarxana aşkarlandı - FOTO
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən çay evlərindən birində qumarxana aşkar edilib.
Publika.az xəbər verir ki, Baş İdarəyə daxil olmuş məlumat əsasında paytaxtın Binəqədi rayonu ərazisindəki "Samovar" çay evində qumar oyunları keçirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb.
Baxış zamanı oradan "poker" oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.
Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərməsi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olmaları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO