Türkiyənin qüruruna 100 milyonluq təklif – Çindən
Bizi izləyin

İdman

Türkiyənin qüruruna 100 milyonluq təklif – Çindən

Türkiyənin Avropadakı qüruru sayılan Arda Turan mövsümün sonunda “Barselona”dan ayrıla bilər.

Publika.az xəbər verir ki, Türkiyə millisinin yarımmüdafiəçisinə Çin liqasından fantastik təklif gəlib. Təklifin hansı klubdan gəldiyi qeyri-müəyyən olsa da, transferin qiyməti 100 milyon avro civarında göstərilir. Klub Turanla beşillik müqavilə imzalamağa hazırdır. Futbolçunun alacağı əmək haqqı da açıqlanmır.

Qeyd edək ki, Arda Turan ötən yay 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçib. Türkiyəli futbolçu İspaniya çempionatında dörd oyunda meydana çıxıb və iki qol ötürməsi verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm