Uşaqlar və böyüklər arasında sümük şişləri artır
Bizi izləyin

Qırmızı.az

Uşaqlar və böyüklər arasında sümük şişləri artır

Son illər ölkəmizdə sümük şişlərindən əziyyət çəkənlərin sayı əhalinin sayına uyğun olaraq artıb. Bu artım həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilir.

Bunu Publika.az-a Milli Onkologiya Mərkəzinin ortoped-onkoloqu Cavid Qəribov deyib.

Onun sözlərinə görə, müraciət edən xəstələrin əksəriyyəti gecikmiş mərhələdə olur:

“Bu da xəstəliyin müalicəsinin effektiv olmasında çətinlik yaradır. Digər şişlərdə olduğu kimi sümük şişləri ilə də bağlı nə qədər tez müraciət olunsa, xəstəliyin müalicəsi o qədər effektli olur. Sümük şişləri əsasən kişilərdə daha çox rast gəlinir. Bu da onkoloji xəstəliklərin yaranmasında risk faktorundan asılıdır. Çünki şişlər daha çox pis vərdişlərlə əlaqədardır ki, kişilər də siqaretə, içkiyə meyl edir. Bundan başqa, genetik amillər də sümük şişlərinin yaranma səbəbləri sırasındadır. Sümük şişinin travma nəticəsində yaranması isə mübahisə mövzusudur. Sümük şişlərinin də digər xərçəng növləri kimi yaranma səbəbləri tam bəlli deyil”.

C.Qəribov şişlərin əsasən təsadüf nəticəsində aşkarlandığını bildirib:

“Əvvəlki illərə nisbətən həm kiçikyaşlı uşaqlar, həm də böyüklər arasında sümük şişləri ilə bağlı müraciətlər artıb. Sümük şişi növündən asılı olaraq fərqli üsullarla aşkarlanır. Əksər sümük şişləri ağrılı olur. Xəstəlik irəlilədikcə, ağrılar daha da şiddətlənir. Xərçəng yaranan nahiyədə şişkinlik yaranır. Prosesin gizli getdiyi bud, çanaq sümüklərində təsadüfən ağrı ilə müraciət edən xəstələrdə şiş MRT nəticəsində aşkarlanır. Sümük şişləri sümüyün yeyilməsi ilə də nəticələnə bilir ki, bu da həmin xəstələrdə tez-tez patoloji sınıqların baş verməsinə səbəb olur”.

Uşaqlarda və böyüklərdə bədxassəli sümük şişlərinin ayrı-ayrı növlərinə rast gəldiklərini deyən C.Qəribov ölüm hallarının gecikmiş mərhələdə müraciət nəticəsində baş verdiyini vurğulayıb.

“Çünki xəstəlik digər orqanlarda çatışmazlığa təsir edir. Bütün dünya həkimləri sümük şişlərinin müalicə olunmasında yeni metodlar tətbiq edir. Digər şişlərdə olduğu kimi burada da ilkin mərhələ cərrahi müdaxilədir, daha sonra kimyaterapiya və şüaterapiya tətbiq edilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm