Moskvaya Əfqanıstan xəbərdarlığı: “Bu gün Suriyaya girənlər...” - VİDEO
Bizi izləyin

Dünya

Moskvaya Əfqanıstan xəbərdarlığı: “Bu gün Suriyaya girənlər...” - VİDEO

“Biz Qaziantep, Kahramanmaraş və Şanlıurfa adına Hələbə sahib çıxacağıq. Bütün Türkiyə hələblilərin arxasındadır. Gün gələcək bu zülm bitəcək”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında deyib.

“ABŞ və Rusiya artıq səmimi olmalıdır. Rusiya mülki hədəfləri vurmaqda davam edir. Əlimizdə Rusiyanın haraları bombaladığına dair bütün məlumatlar var. Altı min obyekt bombalanıb, onların hamısı mülki və mülayim müxalifətə aid obyektlərdir”, - Davudoğlu bildirib.

Türkiyənin baş naziri Rusiyaya mesaj göndərərək SSRİ-nin Əfqanıstan müharibəsində məğlubiyyətini xatırladıb: “Dövrün supergücü olan SSRİ Əfqanıstana girib oranı necə tərk etdisə, bu gün də Suriyaya girənlər, Hələbə bomba yağdıranlar oranı o cür tərk edəcəklər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm