Avropada onun tayı-bərabəri yoxdur
Bizi izləyin

İdman

Avropada onun tayı-bərabəri yoxdur

Avropanın aparıcı çempionatlarında PSJ-nin təcrübəli hücumçusu Zlatan İbrahimoviçin tayı-bərabəri yoxdur.

Publika.az xəbər verir ki, cari mövsümdə 21 qol və 8 məhsuldar ötürmə müəllifi olan isveçli hücumçu hətta Luis Suares və Kristiano Ronaldo kimi “qol maşınları”nı da kölgədə qoyub.

34 yaşı olmasına baxmayaraq, İbrahimoviç hər kəsə meydan oxuyur: 2015/16 mövsümündə Fransa çempionatında 21 qol vuran forvard 8 ötürməsiylə də oyundaşlarına fərqlənmək üçün şərait yaradıb. “Qol+ötürmə” sistemiylə götürsək, Zlatan hazırda “Böyük beşlik”də ən yaxşı göstəriciyə (29 xal) malikdir. İbranın ən yaxın izləyiciləri Ronaldo, Suares və Qonsalo İquayndır (hamısı 26 xal). İquayn “böyük beşlik”də ən çox qol vuran futbolçu (24) olsa da, məhsuldar ötürməsi azdır (2).

Hazırda Liqa-1-ə liderlik edən PSJ ən yaxın izləyicisi “Monako”nu 24 xal qabaqlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm