Balkanlardan Mərkəzi Asiyaya qədər... Putinə Turan Ordusu XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

Balkanlardan Mərkəzi Asiyaya qədər... Putinə Turan Ordusu XƏBƏRDARLIĞI

Ötən həftə yəhudi mənşəli amerikalı diplomat, 1969-1975-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi, 1973-1977-ci illərdə ABŞ-ın dövlət katibi olan Henri Kissincer Moskvaya səfər etdi.

Publika.az xəbər verir ki, səfəri şərh edən türkiyəli politoloq Ömür Çelikdönməz ABŞ və Rusiyanın yeni bir Yalta razılaşması hazırladıqlarını bildirib.

“ABŞ və SSRİ arasında yumşalma siyasətinin memarı olan Henri Alfred Kissincer prezident Vladimir Putin ilə Moskvada görüşdü. Ukrayna və Suriya kimi qarşıdurma riski yüksək olan bölgələrdə ABŞ və Rusiya arasındakı gərginlik yüksək səviyyədədir. Bu baxımdan Kissencer kimi qurd bir siyasətçinin Rusiyaya səfəri diqqətlə izlənildi. Suriyanın Rusiya üçün geopolitik əhəmiyyətinə toxunan keçmiş dövlət katibi bu mövzuda ABŞ və Rusiyanın bir-birlərinin mənfəətlərini anlayaraq ortaq bir həll axtarmasının vacib olduğunu vurğuladı. Kissincer ABŞ və Rusiyanın bunu bacaracağı halda, iki ölkənin yeni dünya nizamının şəkilləndirilməsində baş rolu oynayacağını söyləyib. Aydın olan odur ki, ABŞ ilə Rusiya yeni bir Yalta razılaşmasını hazırlayır”, - Ömür Çelikdönməz yazıb.

Kissincer Rusiya səfərindən sonra ABŞ-da “neo-mühafizəkar” seqmentin nəşri sayılan “The National Interest” qəzetində qələmə aldığı məqaləsində bildirdi ki, Rusiya “hər cür yeni qlobal tarazlığın ayrılmaz parçası” olaraq qəbul edilməlidir. Türkiyə politoloq qeyd edib ki, Rusiya və ABŞ arasında əlaqələrin 10 il əvvəlkinə nisbətən daha pis vəziyyətdə olduğunu bildirən Kissincerin sözlərinə görə, ölkələr dialoq yolu ilə əlaqələrini düzəltməlidir.

“Münasibətlər, bəlkə də, “Soyuq müharibə” dövründə olduğundan daha pisdir. İki ölkədə də bir çox mütəxəssis ABŞ və Rusiyanın yeni dünya nizamını qurmaq mövzusunda əməkdaşlıq edə biləcəyini düşünmür. Yəni, yeni “Soyuq müharibə”nin başlandığını düşünürlər. Dövlət iqtidarlarının sarsılması və idarə edilə bilməyən bölgələrin artması dünya üçün yeni təhdid yaradıb. Bu problemlər, hər nə qədər güclü olursa-olsun, tək bir dövlət tərəfindən həll edilə bilməz. Qarşımızdakı tablo ABŞ, Rusiya və digər böyük dövlətlərin davamlı əməkdaşlığını vacib edir”, - amerikalı siyasətçi qeyd edib.

Ömür Çelikdönməzin sözlərinə görə, rusları xəbərdar etmək üçün Moskvaya gedən Kissincer Suriyada razılaşma zəmini hazırlamağa çalışır: “Rusiya Dövlət Dumasındakı mənbələrə görə, Kissincer bildirib ki, əgər birləşmiş İslam Ordusu Suriyaya müdaxilə edərsə, bunun ardınca İraq və Yəmənə də müdaxilə olacaq. Mənbə qeyd edir ki, Kissincer İslam Ordusu müdaxilə etmədən Suriya probleminin müxalifət və xüsusilə Türkiyənin tələbləri nəzərə alınaraq həll edilməsinin vacib olduğunu Putinə izah edib. Hətta türklərin Turan Ordusu qurduğu, Balkanlardan başlayaraq Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyada nəzarəti ələ keçirə biləcəkləri Putinin diqqətinə çatdırılıb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm