Rusiya və İran arasında yeni müqavilə
Bizi izləyin

Dünya

Rusiya və İran arasında yeni müqavilə

“Ordumuzun hava qüvvələrinin ehtiyacını nəzərə alaraq “Su-30” qırıcılarını satın almaq üçün Rusiya ilə müqavilə imzalamaq ərəfəsindəyik. Hazırda ruslarla bu barədə danışıqlar aparırıq. Satın alınacaq qırıcıların sayı da artıq bəlli olub, lakin bunu hələlik açıqlaya bilməyəcəyəm”.

Publika.az
xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında bildirib.

O, hava hücumundan müdafiə sistemi sayılan “S-300” raketlərinin razılaşmaya əsasən İrana təhvil veriləcəyini qeyd edib.

“Özümüz isə ölkədə inkişaf etmiş bir tankın istehsalını başa çatdırmışıq. Adı hələlik “Kərrar” olan bu tank, Rusiyanın “T-90” tankından güclü olmasa da, ondan geri də qalmır. Biz həmçinin “Emad-2” ballistik raketlərin yeni növlərinin istehsalını uğurla davam etdiririk. Bundan başqa ölkədə “Bavər-373” raketlərlə bağlı hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi davam edir və 2017-ci ilin mart ayına qədər onun təqdimatı keçiriləcək”,- deyə müdafiə naziri əlavə edib.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm