Azərbaycanlı müğənni Rusiya şirkəti ilə əməkdaşlığa başladı - VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni Rusiya şirkəti ilə əməkdaşlığa başladı - VİDEO

"Eurovision 2011" mahnı yarışmasının iştirakçısı Sultan Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başlayıb.

Publika.az-in məlumatına görə, müğənni "Youtube" portalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan “ELLO ELLO” ilə iş birliyi qurub. İfaçının yeni “Я не сдался” (Təslim olmadım) klipi sözügedən kanalda təqdim olunub. Moskvada çəkilən klipin rejissoru Anar Abbasovdur. Mahnının söz və musiqisi Darya Bilkoya məxsusdur.

Qeyd edək ki, adıçəkilən kanalda Rusiyanın və Ukraynanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Bunun üçün xüsusi müqavilə imzalanır. Kanalda Dan Balan, Vera Brejneva, Dima Bilan, Filip Kirkorov, Ani Lorak, Valeri Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur. “ELLO ELLO” kanalı dünyanın ən böyük musiqi şirkətlərindən olan “Universal Music”, “Warner Music Russia” və “Velvet Musiclə” əməkdaşlıq edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm