Ərdoğan: “Buna görə də bölgə qan içindədir” - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan: “Buna görə də bölgə qan içindədir” - VİDEO

“Bunları tanıya bilmədiyiniz üçün bölgə qan içindədir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan YPG-ni (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) terror təşkilatı kimi tanımadığını deyən ABŞ-a ünvanlayıb.

“PKK ilə PYD və YPG-nin bir fərqi varmı? Bunların bütün yazışmaları əlimizdədir. Amerikaya deyirik ki, PYD terror təşkilatıdır, Amerikanın səlahiyyətliləri isə “xeyr, biz onları terror təşkilatı olaraq görmürük” deyir. Ey Amerika, sizə neçə dəfə söylədim. Siz bizim, yoxsa PYD və YPG terror təşkilatları ilə birlikdəsiniz? Nə PKK, nə PYD, nə də YPG-ni bizə tanıda bilərsiniz. Onları çox yaxşı tanıyırıq. İŞİD-i də biz yaxşı tanıyırıq. Amma bunların heç birini bu günə qədər tanıya bilmədiniz. Siz bunları tanıya bilmədiyiniz üçün bölgə qan içindədir. Bu necə müttəfiqlikdir? İzah etmək mümkün deyil”, - Ərdoğan deyib.

Türkiyə prezidenti Suriya qaçqınları üçün Ankaradan sərhədləri açmağı tələb edən BMT-ni də sərt şəkildə tənqid edib: “BMT “sərhədi qaçqınlar üçün açın” deyir. Biz 3 milyon qaçqını qəbul etdik. Siz nə qədər qəbul etdiniz, hansı ölkə nə qədər qəbul etdi? Bizə edilən maddi yardım 450 milyon dollardır. Bizim xərclərimiz izə 10 milyard dollardır”.

Qeyd edək ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) silahlı birləşməsini terror qruplaşması kimi tanımadığını bildirib. O, qeyd edib ki, ABŞ bu birləşməyə dəstək verməkdə davam edəcək.

PYD Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm