Ərdoğanı təhqir etdiyi üçün studiyadan qovuldu - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanı təhqir etdiyi üçün studiyadan qovuldu - VİDEO

Ərəb dünyasında ən çox izlənilən xəbər kanalı olan Qətərin “Əl-Cəzirə” kanalında qalmaqal baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Əks mövqe” proqramının bu həftə yayımlanan bölümündə yaşanan müzakirə gündəmə damğasını vurub.

Suriyalı Faysal Kasımın aparıcısı olduğu proqramın mövzusu Suriyada yaşayan kürdlərin vəziyyəti olub. Proqramda PYD-ni (PKK terror təşkilatının Suriya qolu) Şerzat əl-Yezidi təmsil edib.

Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən sözləri aparıcını özündən çıxarıb. Faysal Kasım ilk dəfə proqramından bir qonağını qovub.

Studiyadan çıxan PYD tərəfdarı Şerzat əl-Yezidi Faysalı qərəzli davranmaqda ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm