Hadisə
Moskvada azərbaycanlı belə güllələndi - VİDEO
Rusiya paytaxtı Moskvanın cənub-şərqindəbir azərbaycanlının güllələnmə anı yayılıb.
ANS -in məlumatına görə, hadisə bü gün
Moskvanın Privolnaya küçəsində baş verib.
İlkin məlumatlara görə, yaxınlıqda yerləşən tikintidə
azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb. Nəticədə
bir nəfər güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.Səhər
saatlarında iki nəfərin olduğu "Hyundai Solaris" maşını ilə evdən
çıxaraq yola düşür.
Maşının qarşısını maskalı üç naməlum şəxs kəsir. Onlar 38 yaşlı
azərbaycanlı Amil Əmrahovu maşından çıxararaq, qarın nahiyəsindən
güllələyiblər. Daha sonra həmin maşına əyləşərək, sürücüyə hadisə
yerindən getməyi əmr ediblər. Əmrah isə qan içində yolda yaralı
vəziyyətdə qalıb.
Hadisəni görən şahidlər oraya dərhal təcili tibbi yardım çağırıblar. Yaralı 36 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, həmyerlimizin hazırda həyat təhlükəsi yoxdur. Məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırma aparırlar. İlk versiyaya görə, hadisə əvvəlcədən planlaşdırılıb. Çünki maşında 800 min rubl (15840 AZN) olub. Çox güman ki, insident də oğurluq ucbatından törədilib. Hazırda polis silahlı insidenti törədənləri axtarır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Rusiya mətbuatı insidentin azərbaycanlılarla taciklər arasındakı kriminal mübahisə nəticəsində baş verdiyini yazıb
Analoji hadisə keçən il Moskvanın cənub-şərqində baş verib. Ənvər Həsənovun güllələnmiş meyiti maşında Novomarinsk küçəsində, 38 nömrəli ev yaxınlığında tapılıb. Moskva polisinin mətbuat xidməti ölüm faktını təsdiqləyib. İlkin məlumatlara görə, Ə.Həsənov odlu silahdan baş və kürəyindən güllələnib. Cinayətkarlar 52 yaşlı həmyerlimizi özünün “Mercedes” markalı avtomobilini idarə edərkən vurublar.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO