Nida.az
ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı - FOTO
ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.
Bu barədə Publika.az-a Azərbaycanın Los
Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts)
bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında
“Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə
yad etməyə çağırıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş
bəyannamədə, Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Qeyd
edək ki, bu bəyannamə Nebraska ştatında Xocalı qətliamı ilə bağlı
qəbul edilmiş ilk sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı
zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda
uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi
bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda
baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd
olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı
anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu
göstərir.
Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John Gale) tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi