Qanunsuz ov etdikləri üçün 41 min manat cərimələndilər
Bizi izləyin

Qırmızı.az

Qanunsuz ov etdikləri üçün 41 min manat cərimələndilər

Yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb.

41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib.

Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir. Reydlər “Ovçuluq haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm