Dünya ulduzları ilin ən məşhur festivalında – FOTOLAR/VİDEOLAR
Bizi izləyin

Magazin2

Dünya ulduzları ilin ən məşhur festivalında – FOTOLAR/VİDEOLAR

İtaliyada dünyaca məşhur 66-cı San-Remo musiqi festivalı keçirilir.

Publika.az xəbər verir ki, festival ənənəvi olaraq “Ariston” teatrında baş tutur. Fevral ayının 13-ə qədər davam edəcək festival hər axşam İtaliyanın “Rai 1” televiziya kanalında yayımlanacaq.

“San-Remo” festivalı bir sıra ifaçıların dünyada tanınmasına şərait yaradıb.

Festivalın şərtlərinə görə, ifa olunan mahnılar italyan dilində olmalı və daha öncə heç yerdə səslənməməlidir.

Festivalın əsas mükafat ı “Qızıl palma”dır. Bu il mükafatı almaq uğrunda 20 ifaçı yarışacaq. Onların arasında 2010-cu ildə “Qızıl palma”nın sahibi olmuş “Zero Assoluto” qrupu, müğənni Noemi, yarışmada özünü 3-cü dəfə sınayan Dolçenera və digərləri var. Ənənəyə görə, 8 gənc iştirakçı müxtəlif mükafatlar üzrə yarışacaq.

Artıq ikinci ildir ki, festivalın aparıcısı şoumen Karlo Kontidir.

Məşhur festivalın ilk gecəsinə qatılan qonaqlar arasında britaniyalı müğənni-bəstəkar Elton Con və iltaliyalı müğənni, “Qremmi” mükafatçısı Laura Pauzini olub.

“San-Remo” festivalı yayım boyu tamaşaçılar üçün sürpriz etməyi də bacarıb. Belə ki, gecəyə ulduz qonaqlar arasına müğənni Eros Ramazzotti, britaniyalı ifaçı Elli Qoldinq, Hollivud aktrisası Nikol Kidman və digər məşhurları görmək mümkün olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm