Ekopublika.az
"Bakcell" 2015-ci ilin “Ən Yaxşı Mobil Şəbəkəsi”dir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 2015-ci ilin “Ən yaxşı mobil şəbəkə” adına layiq görülüb. 2016-cı il 5 fevral tarixində keçirilmiş tədbirdə şirkət “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli Mükafatı ilə təltif olunub.
Öz abunəçiləri üçün daha geniş əhatə dairəsinə və daha yüksək ötürmə qabiliyyətinə malik olan şəbəkəni təmin edən Bakcell şirkəti ölkədə ən etibarlı və dayanıqlı şəbəkəyə sahibdir. Bakcell, tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edən və “LTE-Advance” Kateqoriya 6 xidmətlərini göstərən dünya üzrə 73 şəbəkədən biridir. Təkmilləşdirilmiş Bakcell şəbəkəsi daha yüksək data sürətini (225 Mbit/saniyəyə qədər) dəstəkləməyə və HD Səs kimi innovativ texnologiyaları təqdim etməyə texniki baxımdan tam hazırdır.
2015-ci ilin ikinci rübündə aparılan mobil operator şəbəkələrinin müstəqil keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, Bakcell yüksək keyfiyyətli səs rabitəsi, dayanıqlı internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib.
“Bizim üçün ən böyük əhəmiyyət kəsb edən odur ki, indi şəbəkəmizin üstün keyfiyyəti mütəxəssislər tərəfindən müsbət qiymətləndirilməklə yanaşı, həm də Azərbaycanda fəaliyyət göstərən müxtəlif biznes sahələri tərəfindən tanınır” – deyə Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib. “Bakcell şəbəkəsinin üstünlüyü artıq özünü işgüzar müştərilərimizin sayının artmasında təzahür etdirir və şirkətimizin “Ən yaxşı mobil şəbəkə” nominasiyasında “Azeri Business Award” mükafatı ilə təltif olunması bunu bir daha sübut edir. Ötən bir neçə il ərzində Bakcell öz şəbəkəsinin inkişafına və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Biz yeni-yeni və daha effektiv vasitələri tətbiq etməklə bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq” – deyə cənab Şirer əlavə etdi.
Bakcell öz abunəçilərini daha yüksək keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin etmək üçün öz şəbəkəsinin inkişafına daim investisiyalar yatırır.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət