Yeni trend: neftli dodaqlar – FOTOLAR
Bizi izləyin

Gözəllik

Yeni trend: neftli dodaqlar – FOTOLAR

Ötən il saçları qeyri-adi rənglərə, məsələn, mavi, bənövşəyi, yaşıl, boz rənglərə boyamaq dəbdə idi.

Bu trend indi də dodaq makiyajında özünə yer tapıb. Klassik qırmızı və ya çəhrayı rəngə boyamaqdan vaz keçməyin əsl vaxtıdır. Çünki bu il neft effektli dodaqlar dəbdə olacaq. Belə makiyajı əldə etmək heç də çətin deyil.

Dəblə ayaqlaşmaq istəyirsinizsə, dodaqlarınızı qara və ya tünd mavi rəngə boyayın. Daha sonra boyanın üzərinə arzuladığınız çalarda parıltı vurun. Qızılı, gümüşü və çəhrayı rəngli simlərdən istifadə edə bilərsiniz. İşıltılı göz kölgələrindən də bu məqsədlə istifadə etmək olar. Makiyajınızı şəffaf dodaq parıltısı çəkərək tamamlayın.

Publika.az-ın təqdim etdiyi fotolara baxaraq yeni trenddən ilham ala bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm