Luis Enrike Qvardiolanın rekordunu yenilədi - FOTOLAR
Bizi izləyin

İdman

Luis Enrike Qvardiolanın rekordunu yenilədi - FOTOLAR

“Barselona” klubu və onun baş məşqçisi Luis Enrike klubun 117 illik tarixində yeni rekorda imza atıblar.

Publika.az xəbər verir ki, Luis Enrikenin yetirmələri Kataloniya klubuyla ən uzun məğlubiyyətsizlik seriyasına nail olaraq tarix yazıblar. İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə səfərdə heç-heçə (1:1) oynayan “Barsa” ardıcıl olaraq 29-cu matçdan məğlubiyyətsiz ayrılıb. Bununla yanaşı, 46 yaşlı ispaniyalı mütəxəssis 2010/11 mövsümündə Xosep Qvardiolanın 28 oyunluq rekordunu yeniləyib.

Kataloniya təmsilçisi Kral Kubokunun finalına 38-ci dəfə vəsiqə əldə etməklə, daha bir rekord müəyyənləşdirib. Kuboku 27 dəfə qazanan “Barselona”, eləcə də ardıcıl olaraq üçüncü dəfə finala çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm