Qırmızı.az
Təqaüdlərin ödənilməsi ilə bağlı yeni QAYDALAR
Azərbaycan Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nı təsdiqləyib.
NK-dan Publika.az-a verilən məlumata görə, bu Qayda Azərbaycanın elmi-tədqiqat, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilir.
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
Doktorant, tələbə və şagirdlərə təqaüdün verilməsi onlar təhsil aldıqları müəssisədən xaric olduğu gündən dayandırılır.
İstehsalat təcrübəsi və tətil müddətlərində tələbə və şagirdlərin işləyib-işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılır.
Tələbə və şagirdlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi bu Qayda ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır.
Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant, tələbə və şagirdlərə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilir.
Tələbə və şagirdlər üçün adlı təqaüdlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir.
Tələbə və şagirdlər üçün büdcə vəsaitləri hesabına məqsədli
təqaüdlər tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən təyin edilir. Büdcədənkənar
vəsaitlər hesabına məqsədli təqaüdlər isə təhsil müəssisələrinin
Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunur və
ödənilir.
Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil
almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili
müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd
onların ümumi orta müvəffəqiyyət göstəricilərinə ( ÜOMG) görə
verilir.
Ali təhsil və orta ixtisas təhsili müəssisələrində hər tədris
ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə
dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər
qəbul edilir və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait
həcmində müəyyənləşdirilir. Ali təhsil və orta ixtisas təhsili
müəssisələrinə qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və
dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd
yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə
təqaüdlər sayına əlavə olunur.
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.
Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:
fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı"
təqaüdü;
fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə
"həvəsləndirici" təqaüdü. Bu halda ən azı bir fəndən akademik
göstəricisi 91-100 olmalıdır;
fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi"
təqaüd.
Qaydalarda qeyd edilir ki, hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.
Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüd verilir.
Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil alan tələbələrə təqaüd bu Qaydanın 2.6-cı bəndinə əsasən müəyyən edilir. Tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil almayan əla qiymətlərlə təhsil alan tələbələrə "əlaçı", əla və yaxşı qiymətlərlə təhsil alan tələbələrə "həvəsləndirici", kafi və digər müvəffəq qiymətlərlə təhsil alanlara isə "adi" təqaüd verilir.
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından
dövlət hesabına qəbul olunan tələbələrə birinci tədris ilində
imtahan sessiyasının orta bal göstəriciləri, növbəti tədris ilindən
isə ÜOMG nəzərə alınmaqla, bu Qaydaya uyğun təqaüd təyin edilir.
Orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına olan yerlərinə
ümumi orta və tam orta təhsil bazalarından qəbul olunan və imtahan
verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və
daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci
semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüdü verilir.
Ali təhsil və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.
Tələbənin ali təhsil və ya orta ixtisas təhsili müəssisəsindən xaric olunduğu gündən dayandırılmış təqaüd həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.
Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində
qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti
təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə
təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü
dayandırılır.
İlk peşə-ixtisas təhsili müəssisələrində təqaüdlər dövlət hesabına
təhsil alan şagirdlərə təyin edilir. Təqaüd yarımilliklər üzrə
imtahanların nəticələrinə görə müəyyən olunmuş məbləğdə verilir.
İmtahanların nəticələrinə görə "qeyri-kafi" qiymət almış ilk
peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə təqaüdün
verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən
təqaüdün verilməsi bərpa olunur.
Xəstəliyə və digər üzrlü səbəblərə görə imtahanlarda iştirak
etməyən şagirdlərə akademik borcların ləğvi üçün ayrılan müddətin
sonunadək təqaüdün verilməsi davam etdirilir.
Qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı