Mərkəzi Elmi Kitabxana həm də "Alimlər evi" olacaq
Bizi izləyin

Qırmızı.az

Mərkəzi Elmi Kitabxana həm də "Alimlər evi" olacaq

Bundan sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası həm də "Alimlər evi" olacaq. Artıq bu barədə qərar qəbul edilib.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Sabahın alimləri" V Respublika Müsabiqəsinin açılışında çıxış edərkən deyib.

A.Əlizadənin sözlərinə görə, bu gün təhsil sistemində elmə maraq oyatmaq olduqca böyük zəhmət tələb edir və bu işin görülməsi zəruridir: "Gələcəkdə bu məsələrin bir qədər də inkişaf etməsi üçün TN ilə Akademiya arasında birgə görüşlər keçirilə bilər. Hazırda məktəblərdə də alimlər görüşlər keçirirlər. Bunlar öz-özlüyündə sabahın alimlərinin yetişməsinə kömək edir".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm