Millimizdə baş məşqçi dəyişikliyi
Bizi izləyin

İdman

Millimizdə baş məşqçi dəyişikliyi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik edilib.

Publika.az xəbər verir ki, Avropa Oyunları ərəfəsində yığmanın “sükanı arxası”na gətirilən Bülənt Karslıoğlu ilə yollar ayrılıb.

Türkiyəli mütəxəssislə razılaşmanın müddəti artırılmayıb. Buna onun “Azərreyl”də baş məşqçi olması və komanda ilə daha çox vaxt keçirə bilməməyi də səbəb olub.

Artıq millimizin yeni baş məşqçisinin adı dəqiqləşib. Voleybol Federasiyası əsas komandanı gənc mütəxəssis, “İqtisadçı”da Karslıoğlu ilə birgə çalışmış Fərid Cəlalova etibar edib. Yığmamızın 29 yaşlı sabiq kapitanı ən azı gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının yekununa qədər postunda olacaq. Onun əsasən perspektivli gənclərə üstünlük verəcəyi gözlənilir.

Komandamız təcrübəsini artırmaq üçün təlim-məşq toplanışı və beynəlxalq turnirlərə də qatılacaq.

Qeyd edək ki, Bakı-2015-də zədəli halda oynayan Cəlalovun lazım olan halda meydana çıxması da istisna olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm