Şimali Koreya liderindən Cənuba müharibə anonsu
Bizi izləyin

Dünya

Şimali Koreya liderindən Cənuba müharibə anonsu

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen İn Cənubi Koreya Respublikası ilə birgə həyata keçirdiyi və iki ölkənin sərhədində yerləşən “Kaesong” sənaye bölgəsindən öz şirkətlərini geri çəkilməyə çağırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Şimali Koreya lideri bu addımın “müharibə anonsu” olduğunu bəyan edib.

Kim Çen İn bəyan edib ki, ölkəsinin bu addımı atmasına əsas səbəb Cənubi Koreyanın ABŞ və Yaponiya ilə Şimali Koreyaya qarşı birləşməsi və əməkdaşlıq sazişi imzalamasıdır.

Kim Çen İn bundan sonra Cənubi Koreyadan olan bütün vətəndaşların deportasiya ediləcəyini və “Kaesong” bölgəsindəki bütün fəaliyyətlərinin dondurulacağını söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm