Bu banklar birləşə bilmədi - FİASKO
Bizi izləyin

Ekopublika.az

Bu banklar birləşə bilmədi - FİASKO

Ötən ay “DəmirBank” və “AGBank” arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalanıb.

Publika.az-ın məlumatına görə, bundan sonra “DəmirBank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirlərini araşdırıb.

“DəmirBank” ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözü gedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm