İran 3500 fələstinlini öldürdü – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İran 3500 fələstinlini öldürdü – ŞOK İDDİA

“Suriyada İran tərəfindən öldürülən fələstinlilərin sayı İsrailin öldürdüyü fələstinlilərin sayından çoxdur”.

Publika.az Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bunu Suriyada yaşayan fələstinlilərin sözçüsü Əbu Eymen Haşim deyib.

Onun sözlərinə görə, son beş ildə İran və “Hizbullah” tərəfindən Suriyada mühasirəyə alınan qaçqın düşərgələrində 3500 fələstinli öldürülüb. O, İran-“Hizbullah”-Dəməşq ittifaqı tərəfindən 22 min fələstinlinin hələ də Suriya həbsxanalarında saxlanıldığını deyib.

Əbu Eymen Haşim 500 fələstinlinin həbsxanalarda işgəncələrlə öldürüldüyünü, 1000 fələstinlinin isə itkin düşdüyünü qeyd edib.

“Döyüşün ilk günlərində İran və Suriya rejiminin ilk hədəfi Fələstin qaçqın düşərgələri oldu. Haseke, Dəməşq, Yermuk, Dera, Handarat və Lazkiye düşərgələri İran və Əsəd rejimi tərəfindən vurulmağa başlandı. Daha sonra isə başda Yermuk olmaqla qaçqın düşərgələri mühasirəyə alınaraq fələstinlilər aclığa məhkum edildi”, - Əbu Eymen Haşim bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm