Castin Biber sevdiyi xanımın adını açıqladı - FOTO
Bizi izləyin

Magazin2

Castin Biber sevdiyi xanımın adını açıqladı - FOTO

Kanadalı müğənni Castin Biber son müsahibəsində şəxsi həyatı haqda hər şeyi açıqlayıb.

Publika.az xəbər verir ki, müğənni sevgi yaşadığı xanımın Heyli Bolduin olduğunu bildirib:

“Mən Heyli Bolduini sevirəm. Biz birlikdə çox vaxt keçiririk”.

Bu açıqlaması ilə o, jurnalistlərin ümidlərini məhv edib. Çünki bir sıra qərb məbuatı Biberin keçmiş sevgilisi Selena Qomezə qayıtmağa can atdığını, bəziləri Kortni Kardaşyanla eşq yaşadığını, digərləri isə müğənninin Kendal Cennerlə sevgi münasibətlərini gizlətdiklərini yazırdı.

Qeyd edək ki, Biber Heylini 13 yaşından tanıyır. Hazırda 19 yaşlı Heyli ilə müğənni son bir ildir ki, eşq yaşayır. Heyli məşhur aktyor Alek Bolduinin qızıdır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm