70 nəfərə böyrək, 22 uşağa sümük iliyi köçürülüb
Bizi izləyin

Qırmızı.az

70 nəfərə böyrək, 22 uşağa sümük iliyi köçürülüb

Təkcə ötən il 22 uşağa sümük iliyi köçürülüb. Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkənin tibb işçiləri Türkiyə, Almaniya və.s inkişaf etmiş kimi ölkələrdə tibbi hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar.

Publika.az xəbər verir ki, bu sözləri Səhiyyə Naziri Oqtay Şirəliyev Qazax rayonunda ictimaiyyətlə görüşü zamanı deyib.

Nazir bildirib ki, 200 mindən çox şəkərli diabet xəstəsinin illər boyu, dövlət hesabına bütün lazımi dərmanlarla təmin olunmasını, diabetli uşaqlara adi şpris-qələm deyil, dərman insulin pompası vasitəsilə yeridilib. Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstənin illər boyu müalicə almasının və bunun sayəsində onların ömrünün uzanmasını, ölüm göstəricisinin azalmasını və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayının artmasını vurğulayıb.

“Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları həyata keçirilib. 70 yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatı icra olunur və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb” -deyə nazir əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm