Dünya müharibəsi xəbərdarlığı: “Uzunmüddətli müharibə istəyirlərmi?”
Bizi izləyin

Dünya

Dünya müharibəsi xəbərdarlığı: “Uzunmüddətli müharibə istəyirlərmi?”

“Suriya mövzusunda razılıq əldə olunmasa yeni bir dünya müharibəsi başlaya bilər”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində deyib.

“Yeni bir dünya müharibəsinə başlamaqdansa, Suriyadakı müharibəni başa çatdırmaq üçün bütün güclər müzakirə masasına oturmalıdır. Amerikalılar və ərəb partnyorlarımız yaxşı düşünməlidir: uzunmüddətli müharibə istəyirlərmi? Belə bir müharibəni çox tez qazanmaq mümkün deyil. Xüsusilə, hər kəsin hər kəsə qarşı döyüşdüyü ərəb dünyasında”, - Medvedev bildirib.

Dmitri Medvedev qeyd edib ki, ABŞ və Rusiya atəşkəsi əldə etmək üçün qarşıdurmanın bütün tərəflərinə təzyiq göstərməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm