“Titanik-2” ilk səfərinə 2018-ci ildə çıxacaq - FOTOLAR
Bizi izləyin

Dünya

“Titanik-2” ilk səfərinə 2018-ci ildə çıxacaq - FOTOLAR

15 aprel 1912-ci tarixində aysberqlə toqquşan və təxminən iki saat qırx dəqiqə ərzində Şimali Atlantikanın buzlu sularına qərq olan “Titanik” sərnişin gəmisini tam eynisi olan “Titanik-2” hazırlanır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kompüter və televiziya kimi texnologiya məhsullarının olmayacağı gəminin dekorasiyasında orijinal məhsullar yer alacaq.

“Titanik-2”də diqqətçəkən yeganə əlavə göyərtəsində vertolyot üçün yerin ayrılmasıdır. Səlahiyyətlilər yeni gəmidə “Titanik”dən fərqli olaraq kifayət qədər xilasedici qayığın və müasir xilasedici sistemlərin olacağını bildirir.

“Blue Star Line” şirkətinin sahibi olan avstraliyalı iş adamı və siyasətçi Klive Palmer tərəfindən inşa etdirilən “Titank-2”nin içində sadə idman salonu və “Titanik”də olan hovuzun tam eynisi olan kiçik hovuzu olacaq.

“Titanik-2”nin inşası 300-400 milyon funt-sterlinqə başa gələcək. Gəmidə 1,2 və 3-cü sinif olmaqla 840 otaq olacaq.

Gəmi 2435 sərnişin və 900 ekipaj üzvü daşıya biləcək.

“Titanik-2” hər hansı gecikmə ilə qarşı-qarşıya qalmasa ilk səfərini 2018-ci ildə Çin ilə Dubay arasında edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm