Şırnak terrorçulardan təmizləndi
Bizi izləyin

Dünya

Şırnak terrorçulardan təmizləndi

Türkiyə Silahlı Qüvvələri ölkənin Şırnak vilayətinin Cizre rayonunda Kürd Fəhlə Partiyasına (PKK) qarşı keçirdiyi antiterror əməliyyatları başa çatdırıb.

Anadolu Agentliyinin məlumatına görə, 2015-ci il dekabrın 14-dən davam edən antiterror əməliyyatlarında Türkiyə təhlükəsizlik qüvvələrindən 24 nəfər şəhid olub. Terrorçular tərəfindən rayonda qazılmış 300 xəndək doldurulub, 700 barrikada dağıdılıb, 600-dən artıq PKK mənsubu məhv edilib. Bundan başqa, terrorçulardan çox sayda silah və sursat, o cümlədən 1000-dən artıq partlayıcı ələ keçirilib.

Terrorçuların açdıqları atəş və törətdikləri partlayışlar nəticəsində mülki əhali arasında da itki qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm