Fransa hökumətinin yeni tərkibi açıqlandı - SİYAHI
Bizi izləyin

Dünya

Fransa hökumətinin yeni tərkibi açıqlandı - SİYAHI

Fransada hökumətin yeni tərkibi elan olunub. Ölkənin yeni xarici işlər naziri Jan-Mark Ayro təyin edilib. Onun Avropa məsələləri və Almaniya-Fransa münasibətləri sahəsində təcrübəli şəxs olduğu bildirilir.

Odre Azule mədəniyyət və rabitə naziri, Emanuel Kos mənzil təsərrüfat naziri, senator Jan–Vinsent Plase dövlət islahatları üzrə, Barbara Pompili biomüxtəliflik üzrə dövlət katibi təyin olunub. Jan-Mişel Bele isə ərazi bərabərliyi və Kəndsalma Nazirliyinin rəhbəri təyin olunub.

Hökumətdə yeni formalaşan Qurbanlara Yardım üzə Dövlət Katibliyi Julyet Meadelə həvalə edilib. Bildirilir ki, bu katibliyə 2015-ci il terror aktlarının qurbanları ilə iş həvalə olunacaq. Ailə, Uşaq və Qadın Hüquqları Dövlət Katibliyi isə nazirlik statusu alıb.

Beləliklə, hökumətin yeni tərkibi əvvəlki illə müqayisədə genişlənib. Belə ki, yeni tərkibdə 38 nazir və dövlət katibi təyin olunub. Əvvəlki tərkibdə isə bu rəqəm 32 idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm