"Oskar"ın qaydaları dəyişdi
Bizi izləyin

Art

"Oskar"ın qaydaları dəyişdi

1929-cu ildən bu yana Oskar mükafatlarını sahiblərinə təqdim edən Kino Sənətləri və Elmləri Akademiyası mükafat alan aktyorların etdiyi çıxışlara dair qaydaları dəyişib.

Axar.az xəbər verir ki, mükafat qazanan aktyorlar təşəkkür etmək istədikləri adamların adlarını yazdıqları siyahını əvvəlcədən Akademiyanın səlahiyyətli işçilərinə verəcəklər. Siyahıdakı adlar çıxış edən aktyorların arxasındakı ekranın aşağı hissəsində görünəcək.

Təşəkkür siyahısının ekranda görünməsi sayəsində mükafat alan aktyorlar, onlara verilən 45 saniyəlik çıxış imkanından istifadə edərək demək istədikləri fikirləri daha rahat ifadə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm