Bu nazir rəsmi səfərlərə də velosipedlə gedir - FOTOLAR
Bizi izləyin

Dünya

Bu nazir rəsmi səfərlərə də velosipedlə gedir - FOTOLAR

Niderlandın baş naziri Mark Rutte bir sıra maraqlı cəhətləri ilə avropalı həmkarlarından fərqlənir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 1967-ci ilin 14 fevralında Haaqada dünyaya gəlmiş Rutte çoxuşaqlı ailənin 7-ci övladı olub.

Uşaq yaşlarında pianoçu olmaq arzusuyla böyüyən Rutte Leyden Universitetini bitirib. Tarix fənnini mükəmməl öyrənən Rutte sonra gələcəklə bağlı planlarını dəyişib. Belə ki, gələcəyin siyasətçisi Azadlıq və Demokratiya üçün Xalq Partiyasının gənclər təşkilatına üzv olub.

2010-cu ilin parlament seçkiləri ərəfəsində teledebatın birinci turunun nəticələrinə görə, qalib sayılan Mark Ruttenin partiyası 20 faiz səs toplayıb. Bundan sonra onun hakimiyyət sükanına yolu açılıb.

Maraqlədər ki, iqtisadiyyata baxışlarında Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerə bənzədilən Rutte bu günlərdə ömrünün 49 yaşını tamam etməsinə hələ də subaydır.

Rutteni avropalı həmkarlarından fərqləndirən əsas maraqlı cəhəti isə onun nəqliyyatdan özünəməxsus istifadə qaydasıdır. Belə ki, baş nazir bir sıra hallarda işdən evə velosipedlə gedir. Bəzən onu ədliyyə naziri Stef Blok da müşayiət edir. Hər iki nazir velosipedlə iqamətgahı tərk edirlər.

Maraqlıdır ki, baş nazir bunu yalnız işdən evə gedəndə etmir. Mark Rutte xarici səfərlərdə də velosiped sürməklə hər kəsi təəccübləndirməkdə davam edir. Baş nazirin Əfqanıstana səfəri zamanı velosipedlə gəzməsi onun özünəməxsus ənənəsini ölkə sərhədlərindən kənarda da davam etdirdiyini göstərdi.

Niderland rəsmisinin xarici səfərlərdəki sürprizləri bununla yekunlaşmır. Belə ki, bir müddət əvvəl İsrailə rəsmi səfərə gələn Mark Rutte paytaxt Təl-Əvivin mərkəzi hissəsində də velosiped sürüb. Baş nazir onu müşayiət edən Niderland nümayəndə heyətinin üzvləri ilə birlikdə İsrail paytaxtının müxtəlif yerlərində velosipedlə gəzib. Səfər zamanı qonağa şəhərin görməli yerləri göstərmək üçün Təl-Əviv bələdiyyəsinin nümayəndələri də Rutteni müşayiət edib. O, hətta "Tel-O-Fun" şirkətindən velosiped alıb və bir motosikli icarəyə götürüb.

Niderlandın baş naziri Avstraliyaya iki günlük rəsmi səfərində də bu ölkənin sakinlərini təəccübləndirib. Belə ki, Mark Rutte Avstraliyanın 28-ci sabiq baş naziri Tony Abbottla birlikdə Kanberra küçələrində velosiped sürüb.

Niderlandın baş naziri bildirib ki, bu cür addımları ilə bəzi nazir dostlarını kompleksdən, quru rəsmiyyət çərçivəsindən kənara çıxarmaq istəyir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm