Suriyada 470 min insan həlak olub - HESABAT
Bizi izləyin

Dünya

Suriyada 470 min insan həlak olub - HESABAT

Suriyada vətəndaş müharibəsinin başlanğıcından bəri 470 min insan həlak olub.

Publika.az xəbər verir ki, Suriyanın Siyasət Araşdırmaları Mərkəzinin hesabatına əsasən 400 min insan zorakılıqlar nəticəsində, 70 min nəfər səhiyyə xidmətləri, ərzaq, su qıtlığı və yaşayış yerlərindən məhrum olduqlar üçün dünyadan köçüb. Mərkəzin hesabatında deyilir ki, ölənlər Suriya əhalisinin 11.5 faizini təşkil edir.

BMT daha əvvəl həlak olan mülki əhali sayını 250 min, evsizlərin sayının isə 12 milyon olduğunu bildirmişdi. Qurumun insan haqları ofisi 2014-cü ildən sonra ölənlərin sayının müəyyən edilməsinin çətinləşdiyini qeyd edib.

Vətəndaş müharibəsi səbəbi ilə 1.9 milyon insan xəsarət alıb.

13.8 milyon suriyalının qazanc əldə edə bilmədiyi deyilir. Əhalinin 45 faizi məcburi köçkünə çevrilib. Onların 4 milyonu xarici ölkələrdə sığınacaq tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm