Bu banklar birləşir
Bizi izləyin

Ekopublika.az

Bu banklar birləşir

“AGBank” ASC və “Bank Standard” QSC arasında konsolidasiyaya dair ilkin razılaşma ilə bağlı niyyət protokolu imzalanıb.

Publika.az-a “AGBank”dan verilən xəbərə görə, ötən gün “AGBank”la “Dəmirbank” arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verildiyi barədə rəsmi bəyanat yayılıb.

Məlumatda deyilir: "Çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb. Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard”la ilkin razılaşma əldə olunub. Razılaşmaya əsasən, bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank”ın “Bank Standard”a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər aparacaq".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm