NATO baş katibi Qarabağda müharibə haqda sualdan qaçdı
Bizi izləyin

Nida.az

NATO baş katibi Qarabağda müharibə haqda sualdan qaçdı

“Tərəflərin ən mühüm addımı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsinin qarşısını almaqdır”.

Publika.az
xəbər verir ki, bu barədə NATO baş katibi Jens Stoltenberg Alyansın Brüsseldə yerləşən mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, münaqişə zonasında gərginliyin azalması Alyansın da xeyrinədir: “Qarabağ münaqişəsi zonasında vəziyyətə tərəflərin iradəsi və təmkini sayəsində nəzarət etmək mümkündür”.

Bu günlərdə ABŞ milli kəşfiyyatının baş direktoru Ceyms Klapperin “2016-cı ildə Dağlıq Qarabağda gərginlik artacaq” sözlərini şərh edən baş katib bu barədə konkret danışmayıb.

“Əlbəttə biz Dağlıq Qarabağda prosesləri izləyirik. Azərbaycan və Ermənistan NATO-nun tərəfdaşıdır və biz hər iki ölkə ilə əməkdaşlığı yüksək qiymətləndiririk”, - deyə o bildirib.

J. Stoltenberg həmçinin, münaqişə zonasında itkilərin qarşısının necə alınması ilə bağlı suala cavab verməkdən də yayınıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm