Venesuelalı model peşəkar rinqə çıxır – VİDEO/FOTOLAR
Bizi izləyin

İdman

Venesuelalı model peşəkar rinqə çıxır – VİDEO/FOTOLAR

Venesuelalı model Karolina Petkoff peşəkar boksla məşğul olmaq niyyətindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlığından boksla məşğul olduğunu və həvəskar matçlara çıxdığını söyləyən model peşəkar rinqə çıxmaq istədiyini deyib.

Karolina Petkoff boksla yalnız idman məqsədilə məşğul olduğunu, özünün isə sülhsevər bir insan olduğunu söyləyib.

O, idmanın dünyadakı müharibələrə son qoyacaq faktor olduğunu bildirib: “Dünyanın hər yerində müharibə var. Çoxlu uşaqlar və günahsız insanlar ölürlər. Xalqlar müharibələrdən qazanmır. Müharibələrdən yalnız silah tacirləri və çirkli işlərin arxasında olan hökumətlər qazana bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm