Ekspert: “Putin planın məhv olduğunu əla anlayırdı”
Bizi izləyin

Dünya

Ekspert: “Putin planın məhv olduğunu əla anlayırdı”

“Rusiya prezidenti Vladimir Putinin genişmiqyaslı hücuma keçmək və Ukraynada yeni əraziləri ələ keçirmək planı yoxdur”.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ali Radanın deputatı Dmitri Tımçuk “Apostrof” üçün yazdığı məqaləsində bildirib.

O, fikrini Rusiya iqtisadiyyatındakı ağır vəziyyətlə izah edib. Deputatın sözlərinə görə, yeni hərbi əməliyyatlar Rusiyanın iqtisadi vəziyyətini yalnız pisləşdirərdi.

Ekspert həmçinin qeyd edib ki, bir il əvvəl imzalanan Minsk-2 razılaşması praktik olaraq yerinə yetirilmir.

Onun sözlərinə görə, Putin bir il əvvəl “Novorossiya” planının məhv olduğunu əla anlayırdı. Eyni zamanda, Tımçukun fikrincə, Minsk razılaşmaları Moskvanın maraqlarına tamamilə cavab verir: “Moskva Minsk razılaşmalarına əsaslanaraq Donbas hövzəsinə de-fakto nəzarət edəcək. Bu qəbuledilməz variantdır, çünki Ukraynanın maraqlarına heç bir halda uyğun deyil”.

Daha əvvəl Rusiya maliyyəçisi Slava Rabinoviç bildirib ki, Putin Ukraynaya qarşı “hibrid müharibəsi”ni sonsuza qədər davam etdirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm