Hadisə
Məhkum həbsxanada öldü
Bakıda həbsxanada ölüm hadisəsi baş
verib.
Hadisə Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə
müəssisəsində baş verib.
Məhkum, 25 yaşlı İbrahimov Nurani Fuad oğlu dünyasını dəyişib.
Məlumatı APA-ya onun dayısı Əli Məmmədov verib. O,
bildirib ki, hadisə ötən gecə baş verib və bir qədər əvvəl meyit
Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyindən ailəsinə təhvil verilib. Bakının Hövsan qəsəbəsində
yaşayan Nurani İbrahimov sabah dəfn ediləcək.
Nurani İbrahimov 2011-ci ildə Cinayət Məcəlləsinin 126-cı (Qəsdən
sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 7 il
müddətinə azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, faktla
bağlı rəsmi açıqlama sabah veriləcək.
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub