Rusiya Patriarxı Roma Papası ilə görüşdü
Bizi izləyin

Dünya

Rusiya Patriarxı Roma Papası ilə görüşdü

Rusiya pravoslav kilsəsinin başçısı Patriarx Kiril Roma Papası Frensislə Kubada ilk görüşünü keçirib.

Patriarx Kiril Roma Papası Frensislə cümə günü Havananın Hoze Marti aeroportunda 2 saatlıq görüş şkeçirdikdən sonra Meksikaya yola düşür. Bu görüş Şərq və Qərb xristianlığı arasında minillik ayrılıqdan sonra tarixi əhəmiyyət kəsb edir.

Roma Papası və Rusiya Patriarxının bəyannamə imzalayacaqları planlaşdırılıb.

Kilsələrin birgə bəyanatda Patriarxın Kubaya rəsmi səfər etdiyi, Roma Papasının isə Meksikaya səfər edərkən Kubada qısa müddətə dayanacağı deyilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm