Müğənninin evini qarət etdilər
Bizi izləyin

Magazin2

Müğənninin evini qarət etdilər

Rusiyalı müğənni Byankanın evinə oğrular daxil olub.

Publika.az xəbər verir ki, qatıldığı tədbirdən evinə dönən ifaçı, qapısının açıq olduğunu görüb. Qorxudan evə daxil olmayan müğənni dərhal hüquq-mühafizə orqanlarına zəng edib. Evə gələn polislər axtarış zamanı evdən iki əşyanın oğurlandığını görüb.

Evdən iri ekranlı televizor və müğənninin yatdığı çarpayını oğurlayıblar. Müğənni təəccübünü gizlətməyib.

“Maraqlıdır ki, onlar çarpayımızı necə çıxarıb?”

Açıqlama verən müğənni oğruların tapılacağına şübhə etdiyini deyib və onların cəzalandırılmasını istəmədiyini bildirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm