Hadisə
Göyçayda canavarlar qoyun sürüsünə hücum etdi
Göyçay rayonunda qoyun sürüsü canavar hücumuna məruz qalıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yalman
kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyunlar otlaq
sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb. Dörd
canavar kənd sakinləri Nurlan Cəlalov və Elşən Cəlalova məxsus 10
baş qoyunu parçalayaraq öldürüb, 7 qoyuna isə ağır xəsarət yetirib.
Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlar
quduzluğa qarşı müalicə olunur.
Kənd sakinləri qış aylarında vəhşi heyvanların tez-tez kəndə
hücum edərək qoyunlara və ev quşlarına ziyan vurduğunu deyirlər.
Heyvandarlıqla məşğul olan şəxslər vəhşi heyvanların hücumundan
qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini
istəyirlər.
Qeyd edək ki, ötən ayın 18-də canavarlar Göyçayın Ləkçiplaq kəndində 7 sakinə məxsus 15 baş qoyunu parçalamışdı.
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO