Səudiyyə XİN: İran terror təşkilatı yaradan ölkədir
Bizi izləyin

Dünya

Səudiyyə XİN: İran terror təşkilatı yaradan ölkədir

“İran dünyanın bir nömrəli terror təşkilatını yaradan ölkədir”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbəistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.

O, İranı region ölkələrinin daxili işlərtinə qarışmaqda, bölgədə terrorizmə dəstək verməkdə və Suriya diktatoru Bəşər Əsədə hərtərəfli yardım göstərməkdə günahlandırıb:

“İran Bəşər Əsəd rejiminin məhvinin qarşısını almaq üçün Əfqanıstan, İraq və Pakistandan muzdlu şiə yaraqlılarını cəlb edib Suriyaya göndərməklə bölgədə dini və etnik ixtilaf və çaxnaşmaları qızışdırır. Bizim heç vaxt İrana qarşı düşmənçilik niyyətimiz olmayıb. Biz heç vaxt İranda dini və etnik ixtilafları qızışdırmağa cəhd göstərməmişik. Biz heç vaxt İran diplomatlarına qarşı terror aktı törətməmiş, bu ölkənin səfirliyinə hücum etməmişik. Biz heç vaxt qaçaqmalçılıq yolu ilə İrana partlayıcı maddələr göndərməmiş, bu ölkədə terrorçu qruplar yaratmamışıq və onlara dəstək verməmişik”.

Adil əl-Cübeyr İranı dünyanın 1 nömrəli terrorçu təşkilatı sayılan “Hizbullah”ı yaradan ölkə adlandırıb.
“300 mindən çox günahsız insanın ölümünə və 12 milyon nəfərin didərgin düşməsinə səbəb olan rəhmsiz bir diktatoru süqutdan qurtarmaq uğrunda vuruşan da məhz İrandır. Əfqanıstan, İraq və Pakistandan yaraqlı şiələri səfərbər edib Suriya diktatoruna dəstək məqsədilə bu ölkəyə göndərən ölkə də İrandır. Bəli, bütün bunlar Səudiyyə Ərəbistanının yox, İranın gördüyü işlərdir”,-deyə nazir qeyd edib.


Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm