Əlabbas Qədirovun doğum günüdür
Bizi izləyin

Magazin1

Əlabbas Qədirovun doğum günüdür

Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda “gizli” görünən, ancaq duzlu və cazibəli yumor vardı. O, bu yumordan ustalıqla istifadə edərdi…

Xalq artisti, tanınmış aktyor Əlabbas Qədirovu deyirik. Bu gün onun doğum günüdür. Sağ olsaydı, 70 yaşını qeyd edəcəkdi. Amma əcəl aman vermədi.

1946-cı ildə Bakıda doğulan aktyor səkkizinci sinifdən səhnəyə maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Qənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) tamaşalarında maraqlı rollar oynayıb.

Aktyor 2006-ci il martın 8-də dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm