Səudiyyə “İncirlik” hərbi bazasına qırıcılar göndərir
Bizi izləyin

Dünya

Səudiyyə “İncirlik” hərbi bazasına qırıcılar göndərir

Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün Türkiyənin “İncirlik” hərbi hava bazasına döyüş təyyarələri göndərəcək.

Publika.az xəbər verir ki, bunu Almaniyanın Münhen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu jurnalistlərə bildirib.

Türkiyəli nazir deyib ki, Suriyada Bəşər Əsəd rejimi və İŞİD-lə mübarizə aparmaq üçün quru qoşunları əməliyyatları məsələlərində Türkiyə və Səudiyyə Ərəbistanı əvvəldən bəri eyni mövqeyə malikdir: “Əgər biz İŞİD-ə qarşı səmərələri mübarizə aparmaq və Suriya böhranını tezliklə həll etmək istəyiriksə, o zaman bu strategiyanı tətbiq etmək lazımdır. Bunun üçün ilk növbədə quru əməliyyatlarına başlamaq lazımdır. Əgər bu strategiya tətbiq edilərsə, o zaman Türkiyə və Səudiyyə Ərəbistanı quru əməliyyatlarına birinci qatılan ölkələrdən olar. Hətta, indi Səudiyyə Ərəbistanı Türkiyəyə hərbi təyyarələr göndərməyə hazırlaşır. Bu günlərdə “İncirlik” hərbi bazasına gəlib tanış olublar. Hələlik nə qədər təyyarə göndərəcəklər, dəqiq məlum deyil. Səudiyyə tərəfi bizə lazım gələrsə, hərbiçi də göndərməyə hazır olduqlarını bildirib. Bütün bunlar onu göstərir ki, Səudiyyə Ərəbistanı da Suriya rejimi və İŞİD-lə mübarizə məsələsinə birmənalı olaraq diqqətlə yanaşır və barışmaz mövqe tutub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm