DGK-nın Apellyasiya Şurasının ilk iclası keçirilib
Bizi izləyin

Qırmızı.az

DGK-nın Apellyasiya Şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanına uyğun olaraq, Dövlət Gömrük Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Komitədən Publika.az-a verilən məlumata görə, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə "Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası haqqında" Əsasnamə, həmçinin şuranın və onun katibliyinin tərkibi təsdiq edilib.

İclasda Komitənin strukturuna daxil olan qurumlarda maarifləndirmə işlərinin aparılması, həmçinin Apellyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, informasiyaların Komitənin rəsmi internet saytında yerləşdirilməsi və məlumatların daim yenilənməsini təmin etmək məqsədilə xüsusi səhifənin yaradılması qərara alınmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm